Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Tələbə və məzunlar üçün karyera forumu

 

Mingəçevir Politexnik İnstitutunda mühəndis, iqtisadiyyat və idarəetmə sahələri üzrə təhsil alan tələbə və məzunlar üçün BP şirkətinin təşkilatçılığı ilə "Nəyi kəşf edəcəksiniz?" karyera forumu keçirilib. Tədbirin keçirilməsində məqsəd  BP və onun tərəfdaşlarının neft-qaz sahəsində yüksək ixtisaslı yerli mütəxəssislərin maarifləndirilməsidir. Tədbirdə "Elektroenergetika mühəndisliyi", "İstilik energetikası mühəndisliyi", "Maşın mühəndisliyi", "Sənayenin təşkili və idarə olunması", "İqtisadiyyat", "Kompüter elmləri", "Ekologiya mühəndisliyi", "Yerüstü nəqliyyat vasitələri mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisasları üzrə təhsil alan yuxarı kurs tələbələri iştirak edib. 

Tədbiri MPİ-nin tədris-elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov açaraq qeyd edib ki, müxtəlif ixtisas sahələrində təhsil alan tələbələr arasında karyera qurmaq imkanlarını dəyərləndirmək baxımından belə görüşlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu forum BP şirkətindəki karyera imkanlarının interaktiv şəkildə müzakirəsinə və BP-nin nümayəndələri ilə ünsiyyət qurulmasına imkan yaradır. Tələbələr həmçinin BP şirkətinin Azərbaycanda və regionda 20 il ərzində təhlükəsiz və etibarlı şəkildə dənizdə və quruda həyata keçirdiyi əməliyyatlar haqqında məlumat almaq imkanına malik olacaqlar. 

Sonra BP şirkətinin İnsan resursları şöbəsinin əməkdaşı, "Tələbə və məzunların işə qəbulu üzrə" proqram mütəxəssisi Dilarə Mustafayeva gənc mütəxəssislər proqramı haqqında tələbə və məzunlara ətraflı məlumat verib.

Gənc mütəxəssis, mühəndis Şahin Əliyev yay təcrübəsi proqramı haqqında ətraflı məlumatı tələbələrin diqqətinə çatdırıb.

Tələbə və məzunların işə qəbulu üzrə proqram koordinatoru Həlimə Mahmudova isə bu proqramlara onlayn müraciət formasını tələbələrə izah edərək, onları seçim prosesini necə həyata keçirmələri barədə məlumatlandırıb.

Tələbələri maraqlandıran suallar şirkətin mütəxəssisləri tərəfindən cavablandırılıb. 

Nazim NİFTƏLİYEV,
MPİ-nin iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov