Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2014 - №44

 

Naxçıvan Dövlət Universitetində elmi konfrans

 

Böyütmək üçün şəkili seçin Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Konstitusiyasının yaradılmasının 19 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" mövzusunda elmi konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Universitet ərazi ilk təşkilatının reallaşdırdığı konfransı NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü qoruyan, demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verən ali hüquqi sənəddir.

Konfransda hüquq fənləri kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov "Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası", YAP Universitet ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov "Konstitusiyanın beynəlxalq əhəmiyyəti",  Prezident təqaüdçüsü, hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Surə Qurbanovanın "Naxçıvan Muxtar Respublikasında konstitusion əsaslar", YAP fizika-riyaziyyat fakültə gənclər birliyinin sədri, riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Leyla Şirzadzadənin "Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır" mövzularında məruzələri dinlənilib. Məruzələrdə ümummilli liderin Azərbaycan dövlətçiliyinin, eləcə də onun Konstitusiyasının banisi olmasından bəhs olunub. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanın gələcək perspektivləri müəyyənləşdirən Konstitusiyada Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olması, ərazi toxunulmazlığı, idarəçilik prinsipləri, vətəndaşların hüquq və azadlıqları təsbit olunub.

Konfransın sonunda YAP sıralarına qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov