Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Rəsmi xronika

 

Ölkə başçısı İlham Əliyev noyabrın 17-də  "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Monteneqronun Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə" fərman imzalayıb. 

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri adların verilməsi və bir qrup əməkdaşının  isə "Tərəqqi" medalı ilə təltif edilməsi  haqqında sərəncamlar  imzalayıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də "General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də "Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, məktəb üçün yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

 Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə səfərdə olub. Səfər çərşivəsində dövlət başçısı Gəncə şəhəri ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbədə  50 yerlik uşaq bağçasında və Xocalı rayon Kosalar kənd tam orta məktəbində olub. 

Prezident İlham Əliyev noyabrın 17-də  "Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

Dövlət başçısı İlham Əliyev noyabrın 14-də Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının, noyabrın 17-də isə "Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın və Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına təbrik  məktubları və müraciət ünvanlayıb. 

Noyabrın 18-də İstanbulun "Çırağan" sarayında "Bakı-2015" ilk Avropa oyunlarının təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak  və çıxış edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov