Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri

 

Böyütmək üçün şəkili seçin Noyabrın  18-də  ADMİU-da Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sosiomədəni  fəaliyyətin   menecmenti  kafedrasının professoru Yelena Makarovanın iştirakı ilə  "Mədəniyyət  müəssisələri  əməkdaşlarının  peşəkarlıq  meyarları:  müasir  tələblər və formalaşmış ənənələr"  mövzusunda  seminar   keçirilib. Əsasən aidiyyəti üzrə sənətşünaslıq və kulturologiya fakültələrinin müəllim-professor və tələbələrinin iştirak etdiyi seminarda mütəxəssis sosial-mədəni  sahələrin  inkişafında fəaliyyət  mexanizminin  yeni texnologiyalarının  işlənməsi  və kütlə  tərəfindən  yeni  mədəniyyətin  yüksək  mənimsəmə  səviyyəsini  təmin edən  kulturoloji  maarifin  effektiv  təşkili  məsələlərinə  toxunub. Bundan  əlavə, professor  dünyanın aparıcı  ölkələrində  tətbiq  olunan  və  sosial-mədəni sahələrdə  yenilikçi  islahatların  keçirilməsinə  yardımçı  olan  model  və  proqramların  təhlili ilə  bağlı  fikirlərini  bölüşüb.  Maraqla keçən seminar geniş fikir mübadiləsi ilə sona çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov