Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Zərdabda məktəblilər arasında ekoloji maarifləndirmə davam edir

 

Rayon təhsil şöbəsi məşğulluq mərkəzi  ilə birgə 1 nömrəli tam orta məktəb-liseydə "Gənclərin şüurlu yaradıcı əməyə hazırlanması, onların düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi" mövzusunda yuxarı sinif şagirdləri üçün müəllim və valideynlərin iştirakı ilə tədbir keçirilib. Rayon təhsil şöbəsinin  metodisti   Gülsurə Novruzova verdiyi məlumatda  bildirir  ki, tədbirdə məşğulluq mərkəzinin direktoru Ə.Rəhimov, məktəbin direktoru T.Ağayev mövzu ilə əlaqədar çıxış ediblər. Şagirdlər onları maraqlandıran suallara ətraflı cavab alıblar.

Təhsil Nazirliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Biomüxtəlifliyin Davamlı İdarə Olunması proqramının birgə əməkdaşlığı ilə bioloji müxtəlifliyin qorunması sahəsində ekoloji maarifləndirməni genişləndirmək məqsədi ilə məktəblilər arasında ekoloji tədbirlər keçirilir. Bu məqsədlə  RTŞ-nin tabeliyində olan 11 ümumtəhsil məktəbinin biologiya müəllimlərinin Biomüxtəlifliyin Davamlı İdarə Olunması proqramının nümayəndələrinin iştirakı ilə  təlimati seminar keçirilib. Seminarı giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor B.Babayev açıb. Seminarda iştirak edən şəhər 1 nömrəli məktəb-liseyin biologiya müəllimi Ş.Eminova, şəhər 2 nömrəli tam orta məktəbin biologiya müəllimi, əməkdar müəllim C.Məmmədova, Şıxbağı kənd tam orta məktəbinin biologiya müəllimi S.İsmayılova, Gəlmə kənd tam orta məktəbinin biologiya müəllimi G.Soltanova çıxış edərək mövzu ilə əlaqədar fikirlərini  bildiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov