Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Oğuzda elmi-nəzəri konfranslar və "dəyirmi masa"lar təşkil olunub

 

Rayon təhsil şöbəsinin müdiri Elçin  Kərimovun verdiyi  məlumata görə,  cari  tədris  ilində ümumtəhsil müəssisələrində  istedadlı uşaq və gənclərin aşkar olunması və onların potensial imkanlarının daha da inkişaf etdirilməsi, pedaqoji prosesin səmərəli "müəllim-şagird" əməkdaşlığına çevrilməsi qabaqcıl təcrübə nümunələrinin təşviqi,  ümumi təhsilin infrastrukturunun təkmilləşdirilməsi, təhsil müəssisələrinin tədris-maddi bazasının möhkəmləndirilməsi rayon təhsil şöbəsinin  fəaliyyət planında  diqqət yetirilən əsas sahələrdir. Rayonun təhsil müəssisələrində elmi-nəzəri konfranslar, "dəyirmi masa"lar  təşkil olunub. Ümumtəhsil məktəblərində, rayon icra hakimiyyəti nəzdindəki Yetkinlik yaşına çatmayanların işi üzrə komissiyanın, rayon polis şöbəsinin, mərkəzi rayon xəstəxanasının əməkdaşlarının iştirakı ilə uşaq əməyinin istismarı, insan alveri və narkomaniyaya qarşı  maarifləndirici tədbirlər həyata keçirilib.

Hazırda  məktəblərdə "Uşaq hüquqları aylığı" çərçivəsində "Mən və hüquqlarım"  mövzusunda  rəsm müsabiqəsi,  disputlar, kitab müzakirələri və digər maarifləndirici tədbirlər həyata keçirilir.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov