Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Hokkey üzrə Bakı şəhər açıq festivalına yekun vurulub

 

Azərbaycan Otüstü Hokkey Federasiyası, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə keçirilən otüstü hokkey üzrə Bakı şəhər açıq festivalı noyabrın 9-da başa çatıb. Azərbaycanda otüstü hokkeyin yaranmasının 45-ci ildönümünə həsr olunan festival 2000-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında baş tutub. Festivalın finalında 8 komanda mübarizə aparıb.   Yekun nəticələrə görə, qızlar arasında I yeri 149 (Xəzər), II yeri 117 (Xəzər), III yeri 233 (Qaradağ) nömrəli məktəblərin komandaları, oğlanlar arasında I yeri 2 nömrəli Uşaq Evi,  II yeri 22 (Sumqayıt), III yeri 117 (Xəzər) nömrəli məktəblərin komandaları tutub.

Yarışın yekununda I, II və III yerləri tutan komandalara diplom və kuboklar verilib. Festivalın ən yaxşı oyunçularına isə federasiyanın qiymətli hədiyyələri təqdim olunub. Qeyd edək ki, qızlar arasında gedən yarışda Xəzər rayonu 117 nömrəli məktəbin şagirdi Gülşən Hüseynova "Ən məhsuldar hücumçu", Qaradağ rayonu 233 nömrəli  məktəbin şagirdi Ayşən Orucova isə "Ən yaxşı oyunçu" üçün təsis olunan mükafata sahib olublar.

Oğlanların yarışında "Ən məhsuldar hücumçu" nominasiyası üzrə Sumqayıt şəhəri 22 nömrəli məktəbin şagirdi Cəsarət Abduləzizov və "Ən yaxşı oyunçu" nominasiyası üzrə isə 2 nömrəli Uşaq Evinin şagirdi Murad Muradov mükafata layiq görülüblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov