Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev gələn il Bakıda keçiriləcək birinci Avropa
Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq
işlərinin gedişi ilə tanış olub.
Ölkə başçısı İlham Əliyev noyabrın 20-də Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul
edib.
Noyabrın 21-də Bakıda işə başlayan və iki gün davam edən
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının
rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Dövlət başçısı açılışda çıxış edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti
Leyla Əliyeva və Arzu Əliyeva noyabrın 24-də Londonda
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı
Kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün
burada" ("Here Today") adlı sərginin açılışında iştirak
ediblər. |