Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Naxçıvan Özəl Universitetinin müəllim və tələbələri ahıllar evində olublar

 

Naxçıvan Özəl Universitetinin bir qrup müəllim və tələbəsi Şahbuz rayonundakı ahıllar evində olmuş, onlara hədiyyələr aparmışlar. Görüşdə xarici dillər fakültəsinin dekanı Hüseyn Bağırsoylu və müəllim Mehman Şabanov müəssisənin sakinlərini universitetin professor-müəllim və tələbə heyəti adından salamlamış, ahıllara göstərilən qayğıdan danışmışlar.

Qeyd olunmuşdur ki, ölkəmizdə bu təbəqədən olan insanların sosial müdafiəsinin  gücləndirilməsi,  maddi və mənəvi tələbatlarının ödənilməsi uğurla həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Aparılan sosial-iqtisadi islahatlar nəticəsində muxtar respublikada da ahıl vətəndaşlara göstərilən sosial xidmətlərin səviyyəsi yüksəlmiş, onların cəmiyyət həyatında fəal iştirakları üçün hərtərəfli şərait yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli  Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin  gücləndirilməsi üzrə Dövlət Proqramı" bu kateqoriyadan olan vətəndaşlara göstərilən dövlət qayğısının əyani ifadəsinə çevrilmişdir.

Dövlət Proqramına uyğun olaraq  tənha, hərəkət qabiliyyətini itirmiş ahıl vətəndaşlara evdə xidmət işi  təşkil olunmuş, ahıllara göstərilən sosial xidmət təkmilləşdirilmişdir. Bundan başqa, onların muxtar respublikanın sosial-iqtisadi, ictimai və mədəni həyatında fəal iştirakları təmin olunmuş və digər tədbirlər həyata keçirilmişdir.

O da vurğulanmışdır ki, regionda ahıllara göstərilən dövlət qayğısı, onların cəmiyyətə inteqrasiyası istiqamətində aparılan tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdiriləcəkdir. 

Nuray ƏSGƏROVA,
 NÖU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov