Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Təhsil Problemləri İnstitutunun loqosunun təqdimatı olub

 

Noyabrın 27-də Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda  institutun loqosunun təqdimetmə mərasimi keçirilib.  Tədbiri giriş sözü ilə açan institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov TPİ-nin loqosunun  yaranması münasibəti ilə  kollektivi təbrik edib.

Q.Novruzov institutda yeni struktur dəyişiklikləri barədə məlumat  verib və loqonun yaradılmasının  zərurətindən danışıb. İnstitutun  loqosunun  yaradılmasını rəhbərlik etdiyi təhsil ocağında  görülən işlərin növbəti uğuru kimi qiymətləndirib.

Sonra  loqonun elementləri barədə məlumat verən institutun Təhsil Texnologiyaları Mərkəzinin direktoru Muxtar Həsənov loqonun başlıca xüsusiyyətlərindən danışıb. Bildirilib ki, Təhsil Problemləri İnstitutunun loqosu təmsil etdiyi müəssisəni tam şəkildə əks etdirən elementlərə malikdir. Qeyd olunub ki, pero - yaradıcılıq, tədqiqat, elmi zəhməti, kitab - tədqiqatın, yaradıcılığın əsası kimi informasiya mənbəyini,  məzun papağı - elmli, kamil, yetkin və qeyrətli insan obrazını, 8 güşəli ulduz - dövlətçilik və millilik atributunu özündə əks etdirir. 

Təqdimetmə mərasimində Təhsil Problemləri İnstitutunun direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri, institutun əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.   

Rəşad  RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov