Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Məktəblilər Botanika Muzeyi ilə tanış olublar

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun Botanika Muzeyi artıq ziyarətçilərin ixtiyarına verilib.

Botanika İnstitutundan AzərTAc-a bildiriblər ki, Avropa liseyinin VII-IX sinif şagirdləri Botanika Muzeyini ziyarət ediblər. Şagirdlər muzeydə nümayiş olunan "Azərbaycanın yaşıl xəzinəsi" mövzusunda sərgi, Azərbaycanın florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr silsiləsi və interaktiv xəritə ilə tanış olublar. İnstitutun mütəxəssisləri məktəblilərə Hirkan meşələrinin əsas on klassik relikt ağac növünün yayılma əraziləri haqqında ətraflı məlumat veriblər.

Sonra şagirdlər Mərkəzi Nəbatat Bağında saxlanılan relikt bitkilərin canlı kolleksiyası ilə tanış olublar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov