Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Azərbaycan təhsilində gözlənilən inkişaf

 

...Müəllimlər ilk növbədə təcrübələrini zənginləşdirməli,   inkişaf etmiş ölkələrin təhsil proqramlarına inteqrasiya edərək  aparılan
islahat işlərində  tələskənliyə yol verməyib təkamül yolunu seçməlidirlər.

Heydər ƏLİYEV

Çağdaş dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafında əsas amillərdən birinə çevrilib. Bu texnologiyaların bütün fəaliyyət sahələrinə nüfuz etməsi, yaşından asılı olmayaraq, hər kəsin İKT biliklərinə yiyələnməsini zəruriləşdirir.

Yaşlı, orta, gənc nəslin nümayəndələri ilə yanaşı hər bir dövlətin gələcəyi olan uşaqların da İKT sahəsində savadlı kadr kimi yetişdirilməsi, bu sahədə onlara lazımi bilik və bacarıqların aşılanması üçün İKT biliklərinin tədrisi, bu istiqamətdə müxtəlif nəşrlərin çap edilməsi və s. informasiya cəmiyyəti quruculuğu proseslərinin dinamik inkişafına etibarlı zəmin yaradır.

Bu gün dünyanın müxtəlif ölkələrində uşaqların İKT biliklərinə yiyələnməsi, informatika fənnini dərindən mənimsəməsi üçün bu sahə ilə bağlı dəyərli məlumatların əldə edilməsi məqsədinə xidmət edən müxtəlif dərs vəsaitləri, kitablar, ensiklopediyalar və s. hazırlanır.

Artıq Azərbaycanın bir çox məktəblərində elektron avadanlıqlardan istifadə olunur. Əhalinin maariflənməsi, elektron resursların bolluğu yaradılması üzərində iş aparılır. Xarici təcrübələrə istinad edilərək tədris prosesinin məqsədləri üçün xüsusi resurslar hazırlanır və istifadəyə verilir. Dərsdənkənar və dərs  məşğələləri  üçün oyun tipli, inkişafetdirici, tərbiyəedici və öyrədici xarakterli resurslar, mətndaxili hiperkeçidlər, təsviri resurslar,  səs resursları (səsli nağıllar, səsli öyrədici, tədqiqata sövqedici resurslar) videoroliklər, multimedialar artıq çoxluq təşkil edir. Dərslərdə skype və sosial şəbəkələrdən istifadə edilməsi, xüsusilə  tele-körpülər  ölkədaxili və ölkəxarici çox mühüm informasiya və fikir mübadiləsi rolunu oynayır. Bu zaman inteqrativlik üstünlük təşkil edir. Bu işdə biz müəllimlərə ən çox kömək olan İnnovativ Tədris Mənbələri şirkətinin hazırladığı multimedia  tədris resurslarıdır.  Multimedia tədris resurslarının fləş kartlarda internetsiz istifadəsi biz müəllimlərin rayonlarda təlimlər zamanı  dərsləri maraqlı quraraq istənilən məqsədə çatmağımız üçün çox əhəmiyyətlidir. Modern Məktəbində biz Smart, mimio löhvələri ilə yanaşı, multimedialardan da çox istifadə edirik. Fləş dərslərdən olduğu kimi ardıcıl deyil, məqsədimizə uyğun müəyyən hissəsini motivasiya  mərhələsində, müəyyən hissəsindən yönəldici suallar kimi, bəzi hissələrindən tədqiqatın aparılması zamanı istifadə edirik.  Şagirdlərin ən çox sevdiyi hissə sayı çox olan maraqlı tapşırıqlar olan hissəsidir. Biz bu tapşırıqlardan fərdi və yaradıcı tətbiqetmə zamanı lazer mauslardan istifadə edərək keyfiyyətli dərs qura bilirik. Yaradıcı tətbiqetmə tapşırıqları tekstoqrafik, multimedia xarakterli tapşırıqlar olduğundan çox bəyənilir. Tekstoqrafik xarakterli  elektron tədris resursları mövzunu açıqlayan mətn və illüstrasiyalardan ibarət resurslardur. Bu tip resurslara həmçinin cədvəllər, diaqramlar və  s. aiddir. Fləşlərdə bunlar xüsusi yer tutur. Əvvəl hissəsində, yəni girişdə mətn xarakterli  multimedialar əsas yer tutur. Multimedia xarakterli elektron tədris resurslarında video, animasiyalar, audio məzmun, interaktiv üsulların düzgünlüyünə xüsusi diqqət yetirilmişdir.

Online dərslərdə, layihələr, şagird resurs bazasını yaradarkən fləş multimedialar çox köməyimizə gəlir. Hətta bəzi müəllimlərin ev tapşırığı problemini həll etmələri üçün bu fləşləri  məsləhət görərdim. Şagird  həm sərbəst öyrənə, həm də bezmədən, sıxılmadan evdə bu tapşırıqları həll edə bilər.  

Böyütmək üçün seçin

Sevinc  ƏLİYEVA,
Bakı  Modern Məktəbinin müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov