Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Adı "Qızıl kitab"a yazılan gənc istedad

 

Tofiq Məmmədov  1991-ci ildə Füzuli rayonunda anadan olub. 1993-cü ildə ailəlikcə Bakıya köçüblər. Uşaqlıqdan musiqiyə, tar alətinə böyük həvəsi olduğundan  valideynləri onu 2001-ci ildə 15 nömrəli  uşaq musiqi məktəbinə Nadir Babayevin  sinfinə qoyublar. Nadir müəllim  tarın sirlərini  ona dərindən öyrətməyə çalışıb. Musiqi məktəbində oxuyarkən bir çox tədbir və konsertlərdə iştirak edib. 2003-cü ildə keçirilən Bəhram Mansurov adına Respublika müsabiqəsinin laureatı olub. 2007-ci ildə çoxdan arzusunda olduğu  Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin "Xalq çalğı alətləri" ixtisasının tar sinfinə daxil olub. 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsində iştirak edib. Bu müsabiqədə I yeri tutaraq laureat adını qazanıb. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində keçirilən "Asəf Zeynallı-100" müsabiqəsində I yerə layiq görülüb.  Çoxlu sayda diplomlar sahibi olan  Tofiq Məmmədovun  adı Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə 2009-cu ildə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o,  xüsusi aylıq  təqaüdə layiq görülüb.

2009-cu ildə Tofiqin 6 muğamdan ibarət disk albomu çıxıb.

2011-ci ildə Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına   daxil olub. Hazırda III kursda təhsil alan T.Məmmədov  daha böyük uğurlar əldə etmək  üçün səylə çalışır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov