Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Bakıda təhsil almaq arzusu gerçək olub

 

Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 1999-cu ildə ailəliklə Sankt-Peterburq şəhərinə köçüblər. Valideynləri  uşaqlıqdan musiqiyə olan həvəsini görüb, onu 2004-cü ildə Sankt-Peterburq şəhərindəki Andreyev adına musiqi məktəbinin  fortepiano sinfinə qoyublar. Burada təhsil aldığı müddətdə  məktəbdaxili və şəhər üzrə müxtəlif tədbirlərdə, konsertlərdə solo proqramlarla çıxış edib. Dəfələrlə mükafatlara, diplomlara layiq  görülüb. 2009-cu ildə Sankt-Peterburq şəhərində keçirilən "Rojdestvenskiye assamblei" adlı beynəlxalq müsabiqədə iştirak edərək II yeri tutub. 2011-ci ildə həmin musiqi məktəbini qırmızı diplomla bitirib. Həmin ildə  Sankt-Peterburq Konservatoriyası nəzdində M.P.Musorqski adına Musiqi Kollecinə  qəbul olub.  2011-ci ildə  "Peterburqskaya vesna" adlı müsabiqədə iştirak edərək  I yerə layiq görülüb.

Bakıda  təhsil almaq, doğma  vətənini  möhtəşəm səhnələrdə  təmsil etmək uşaqlıqdan onun ən böyük arzusu olub. Bakı Musiqi Akademiyasının  rektoru, professor Fərhad Bədəlbəylinin və Azərbaycan Milli  Konservatoriyasının  rektoru, xalq artisti Siyavuş Kəriminin köməyi ilə, təhsil nazirinin 16.01. 2013-cü il tarixli məktubu əsasında o, M.P. Musorqski adına Musiqi Kollecindən   fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinə köçürülüb.

Kollecdə təhsil aldığı müddətdə də Eldəniz müxtəlif tədbirlərdə iştirak edib. Belə ki, 18-19 dekabr  2013-cü il tarixlərində görkəmli pedaqoq, pianoçu və ictimai xadim H.Neyqauzun anadan olmasının  125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların ümumşəhər festivalında istedad və məharətini nümayiş etdirərək diplomla təltif olunub. 24-26 aprel 2014-cü il tarixlərində İSESCO-nun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən İslam Dünyası Gənclərinin klassik musiqi ifaçılarının III Beynəlxalq festival müsabiqəsində III yerə layiq görülərək laureat  adını qazanıb.

Hazırda o, təhsilini Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin III kursunda qabaqcıl təhsil işçisi Azadə Bədəlbəylinin sinfində davam etdirir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov