Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Dünyanın ən yüksək reytinqli universitetlərində təhsil alan azərbaycanlı tələbələr

 

Taleh ZİYADOV,
Kembric Universiteti
 

1977-ci ildə Bakıda anadan olub.  IX  sinfə qədər Bakıdakı 260 nömrəli tam orta məktəbdə, daha sonra Türkiyədə təhsil alıb.  2000-2002-ci illərdə   ABŞ-ın Beliod Kollecində  iqtisadiyyat, beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr,  2004-2006-cı  illərdə ABŞ-ın Corctaun Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.  2009-2013-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın  Kembric Universitetində  beynəlxalq münasibətlər ixtisası üzrə doktorantura təhsilini  başa vurub.


Fərhad ABDULLAYEV,
London İmperial Kolleci

1992-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakıdakı 8 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. 2011-2014-cü illərdə Böyük Britaniyanın London Kral Kollecində biznesin idarə olunması ixtisası üzrə bakalavr təhsili alıb. 2014-cü ilin sentyabrından    "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində  marketinq və strategiya ixtisası üzrə magistr təhsili alır.


Tural HACIYEV,
London İmperial Kolleci
 

1986-cı ildə Bakıda anadan olub.  2004-cü ildə Bakıdakı 20 nömrəli məktəb-liseyi bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Neft  Akademiyasını neft-qaz yataqlarının işlənməsi və istismarı  ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində  neft mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb. 


Cavid MƏMMƏDOV,
London İmperial Kolleci
 

1988-ci ildə Bakıda anadan olub.   X sinfi  Bakıdakı  N.Tusi adına gimnaziyada, XI sinfi isə ABŞ-ın Vermont ştatında bitirib.  2008-ci ildə  Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsini  tətbiqi-geodeziya ixtisası üzrə başa vuraraq  bakalavr dərəcəsi alıb.  2011-2013-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində mühəndislik ixtisası üzrə magistr  təhsilini  başa vurub. 

Hazırladı: Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov