Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Müstəqil düşüncə tərzini inkişaf etdirən resurslar

 

Qafilə ƏLİYEVA,
"İdrak" liseyinin ibtidai sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

Bu gün təhsilimizin qarşısında duran ən mühüm vəzifə vətənpərvər şəxsiyyət yetişdirməkdir. Yeni fənn kurikulumları əsasında tədris uşaq təfəkkürünün, təxəyyülünün inkişafında mühüm rol oynayır. Bu günün uşaqları tədqiqatçılığa, yaradıcılığa və axtarıcılığa meyil göstərirlər. Bu meyli də onlarda təbii ki, müəllim yaradır. Müəllimlərə isə bu işdə müasir dərsliklər, dərs vəsaitləri, müxtəlif resurslar yardımçı olur.

Dərslərin İKT vasitəsi ilə təşkili müasir dövrün əsas tələblərindən biridir. Müasir təhsil sistemini İKT olmadan təsəvvür etmək qeyri-mümkündür. İKT-nin həm daşıyıcı, həm ötürücü, həm də yaradıcı olması təlim-tərbiyə prosesi üçün olduqca əhəmiyyətlidir.

Çalışdığım liseydə bütün siniflər müasir texnologiyalarla təchiz olunmuşdur. Tədrisin yüksəldilməsində əyani və texniki vasitələrin, xüsusilə də kompüter texnologiyalarının tətbiqi böyük əhəmiyyət kəsb edir. Dərs dediyim şagirdlərdə yeni biliyi müstəqil mənimsəmələri və onlarda yaradıcılıq fəaliyyətini, təfəkkürlərini formalaşdırmaq məqsədi ilə müxtəlif resurslardan istifadə edirəm.

Dərslərimdə istifadə etdiyim multimedia tədris resursları öz rəngarəngliyi, animasiyaları, tapşırıqları, sxemləri, krossvordları ilə çox zəngindir. Bu resurslardan istifadə şagirdləri fəallaşdırır, təhsilə marağını daha da gücləndirir. Ümumiyyətlə, multimedia resursları şagirdlərdə müstəqil düşüncə, təfəkkür tərzinin, eləcə də Azərbaycançılıq, milli mənəvi dəyərlərə, adət-ənənələrə hörmət, ehtiram ruhunun formalaşdırılması və tərbiyə edilməsi məqsədi daşıyır. Fənlərin tədrisi zamanı "oxuyuruq.biz"  portalında yerləşdirilmiş multimedia tədris resursları şagirdlərin mövzuları daha asan mənimsəmələrinə böyük köməklik göstərir.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov