Noyabr ayının 29 və 30-da Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində fakültələrarası "Nə?
Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Oyun
universitetin İntellektual Klublar Assosiasiyasının
təşkilatçılığı ilə baş tutub. Oyunda rejissor sənəti,
aktyor sənəti, sənətşünaslıq, kulturologiya, musiqi
sənəti və rəssamlıq sənəti fakültələrinin Azərbaycan və
rus bölmə tələbələrinin komandaları mübarizə aparıb. 60
sual səslənən oyun 4 raunddan ibarət olub. Oyunda
Azərbaycan bölməsi üzrə I yeri rejissor sənəti, II yeri
aktyor sənəti, III yeri isə sənətşünaslıq fakültələri
qazanıb. Rus bölməsində isə I yeri kulturologiya, II
yeri rəssamlıq, III yeri isə rejissorluq fakültələri
tutub. Professor-müəllim və tələbələrin də azarkeşlik
etdiyi oyunun münsiflər heyəti professor Gülşən
Əliyeva-Kəngərli, aktyor sənəti fakültəsinin müəllimi
Əsəd Rzayev və universitet Həmkarlar İttifaqı
Təşkilatının sədri Səyavuş Məhişov olub. Yüksək
səviyyədə təşkil olunan "Nə? Harada? Nə zaman?" oyununun
qalibləri diplom, medal və müxtəlif hədiyyələrlə
mükafatlandırılıblar.
Qeyd edək ki, qalib komandalar "Xəzər" İntellektual
Gənclər Klubu və Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin dəstəyi ilə "Nə? Harada? Nə zaman?"
Klublarının Beynəlxalq Assosiasiyasının lisenziyası
əsasında 20 dekabr 2014-cü ildə Tələbələrarası
Universiadanın seçim turunda iştirak edəcəklər.
Mətbuat xidməti |