Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Ümummilli liderin xatirəsi yad edildi

 

Dekabrın 11-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə institutun professor-müəllim heyəti, tanınmış ziyalılar, Gənclər təşkilatının üzvləri, müdavimlər, tələbələr, təhsil ictimaiyyətinin və KİV-in nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları institutun Heydər Əliyev muzey-lektoriyası ilə tanış olduqdan sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İnstitutun rektoru, professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, on bir il öncə ulu öndər əbədiyyətə qovuşmuşdur. Lakin bu on bir ilin hər ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu müddət ərzində Heydər Əliyevin siyasəti uğurla davam etdirilmişdir. Azərbaycan böyük nailiyyətlərə imza atmışdır. Azərbaycanın 2011-ci ildə BMT  Təhlükəsizlik Şurasının üzvü seçilməsi və bu təşkilatda uğurlu fəaliyyəti, 2013-cü ildə kosmik ölkələr qrupuna daxil olması, Dünya İqtisadi Forumunun hesabatında göstərildiyi kimi iqtisadi rəqabətlilik qabiliyyətinə görə dünyanın 146 ölkəsi sırasında 38-ci yerdə olması bu böyük nailiyyətlərin göstəricisidir.

Vurğulandı ki, məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrilmişdir. Azərbaycanın ən yeni tarixinin hər bir məqamı ümummilli lider Heydər Əliyevin adı, həyatı və siyasi fəaliyyəti ilə sıx bağlıdır. İllər ötdükcə biz onu daha dərindən dərk edirik.

A.Zamanov qeyd etdi ki, Azərbaycanın dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Ulu öndər milli liderliklə siyasi liderlik keyfiyyətlərini ehtiva etməklə, fəaliyyət göstərdiyi bütün sahələrdə də özünü əsl lider kimi təsdiq etmişdir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi bacaran nadir şəxsiyyətlərdən idi. Təsadüfi deyil ki, onun həyata keçirdiyi islahatlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı və obyektivliyi baxımından ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, ona siyasət aləminin patriarxı adını qazandırmışdır.

Diqqətə çatdırıldı ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda elmin, təhsilin inkişafına daim xüsusi diqqət yetirmiş, elmi elitanın formalaşmasında müstəsna xidmət göstərmişdir. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. 

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünərək, ölkədə intellektual potensialın formalaşması üçün bilikli və savadlı kadrların hazırlanmasına şərait yaradırdı. Əgər 1969-cu ildə SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilən gənclərin sayı 50 nəfər idisə, 1981-ci ildə Azərbaycanın elmi-tədqiqat institutlarından, ali məktəblərindən göndərilən yuxarı kurs tələbələrini, aspirant və doktorantları da nəzərə alsaq, onların sayı 1000-dən çox idi. Bütün bunlar, ulu öndərin uzaqgörən siyasəti, güclü iradəsi, möhkəm əzmi sayəsində həyata keçirilirdi. Məhz həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual potensial formalaşmış, nüfuzlu elmi məktəblər yaradılmışdır.

Tədbirdə millət vəkili, AMEA-nın müxbir üzvü, BDU-nun kafedra müdiri, professor Bəxtiyar Əliyev  "Əbədiyaşar lider" ,  2014-cü ilin Prezident təqaüdçüsü, tanınmış şair Yusif Nəğməkar "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzularında məruzələrlə çıxış edərək, ulu öndərin dövlətimiz və dövlətçiliyimiz naminə qurub yaratdığı müasir Azərbaycanın uğurlarından söz açdılar.

Digər çıxış edənlər də Heydər Əliyev irsinin Azərbaycan xalqı üçün böyük məktəb olduğunu vurğuladılar.

Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı.  

Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov