Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Ümummilli liderin anım gününə həsr olunmuş tədbir

 

Dekabrın 11-də  Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin  anım gününə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər, ulu öndərin məzarı önünə əklil qoyublar.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad edilib və məzarı önünə gül dəstələri düzülüb.

Anım mərasimi ADİU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə ilk öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra universitetin rektoru, professor Ədalət Muradov tədbirdə çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti,  dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri, ölkəmizə qazandırdığı nailiyyətlər haqqında geniş məlumat verib. Rektor bildirib ki, ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi fəaliyyəti hər bir soydaşımız üçün nümunədir. Hələ ötən əsrin 70-ci illərində bu böyük şəxsiyyət təhsil sistemində müsbət dəyişikliklər etdi. Minlərlə gəncimiz ayrı-ayrı ölkələrdə təhsil almağa göndərildi. Bu gənclər bilikli və istedadlı kadrlar kimi Azərbaycana yeni quruculuq nəfəsi gətirdilər. Bu gün ulu öndərin siyasi kursu uğurla davam etdirilir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı nəticəsində təhsilimiz daha da inkişaf edir, Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdırır.

Sonra universitetin professoru Arif Şəkərəliyev məruzə ilə çıxış edərək, Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkəmizin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətlərinı vurğulayıb, Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən digər iştirakçılar müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.

Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov