Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Litvada beynəlxalq konfrans

 

Avropa Ali Təhsil Müəssisələri Assosiasiyasının (EURASHE) təşkilatçılığı ilə 3-4 dekabr 2014-cü il tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində beynəlxalq konfrans keçirilib.

Litva Universitetləri Şurası və Vilnüs Tətbiqi Elmlər Universitetinin ev sahibliyi etdiyi konfrans "Ali təhsildə keyfiyyəti necə təmin etməli" mövzusuna həsr olunub.

Konfransın işində Avropa və ABŞ-ın 95 universiteti və təhsil təşkilatlarını təmsil edən 230-dan çox nümayəndə iştirak edib.

Təhsil Nazirliyinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayev tədbirdə "Keyfiyyətin təmin olunmasında şəffaflıq və hesabatlılıq məsələlərinə dair" məruzə ilə çıxış edib.

Konfrans iştirakçıları ali təhsildə keyfiyyətin təmin olunması yollarını və mexanizmlərini müzakirə ediblər. Tələbə yönümlü təlimdə keyfiyyət və keyfiyyətin təmin olunması, keyfiyyət, keyfiyyət təminatı və keyfiyyət mədəniyyəti, keyfiyyətin təmin olunmasında Avropa standartları, ikili təhsil proqramlarında keyfiyyət, qloballaşma və keyfiyyətin təmin olunması, müəssisələrlə (işəgötürənlərlə) keyfiyyət əməkdaşlığı, professional ali təhsildə keyfiyyətin təmin olunmasının mahiyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Avropa Ali Təhsil Müəssisələri Assosiasiyasının prezidenti Andreas Orfanides, Litvanın təhsil və elm nazirinin müavini Rimantas Vaitkus, Vilnüs Tətbiqi Elmlər Universitetinin rektoru Gintautas Brajunas, Avropa Ali Təhsildə Keyfiyyətin Təminatı Assosiasiyasının (ENQA) direktoru Mario Kelo, Avropa Şurasının ali təhsil üzrə eksperti Klara Engels-Perenyi də məruzələrlə çıxış ediblər.

Həmçinin, konfransda "Ali təhsildə daxili keyfiyyətin təmin olunması" adlı məlumat-sorğu kitabının təqdimatı olub. Kitabın müəllifi, Avropa Akkreditasiya Konsorsiumunun menecment qrupunun (ECA) və Niderland Akkreditasiya Cəmiyyətinin üzvü Luçien Bollaert kitab haqqında məlumat verib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov