Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

2014-cü ilin Nobel mükafatları sahiblərinə təqdim olundu

 

Böyütmək üçün seçin Dekabrın 10-da İsveçin paytaxtı Stokholmda  və  Osloda Nobel mükafatlarının sayca 113-cü  təqdimat mərasimi keçirilib.  Bütün dünyanın diqqət mərkəzində olan mərasim, ənənəyə uyğun olaraq, Alfred  Nobelin vəfatının  ildönümü gününə təsadüf edib. Mərasim Nobel Mükafatları Komitəsinin rəsmi saytı ilə canlı yayımlanıb. İsveç kralı XVI Qustav Stokholm filarmoniyasında keçirilən mərasimdə 2014-cü il tibb və fiziologiya, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatları sahiblərinə təqdim edib.  Bu il tibb və fiziologiya  üzrə Nobel mükafatına   ABŞ-Britaniya alimi Con OKeefe  və  norveçli 2 alim -  May-Britt  Moser  və Edvard Moser  cütlüyü,  fizika üzrə yaponiyalı  alimlər İsamu Akasaki,  Hiroshi Amano  və Shuji Nakamura, kimya üzrə  amerikalı  Eric  Betzig, Uilyam E. Moerner və Almaniya alimi Stefan W.Hell, ədəbiyyat  üzrə    müasir  fransız yazıçısı və ssenarist 69 yaşlı Patrik Modiano,  iqtisadiyyat üzrə  Tuluza Universitetinin professoru  Jan Tirole layiq görülüblər.  Laureatlara Alfred Nobelin əksi həkk olunmuş medal, diplom və 1,3 milyon dollarlıq çek təqdim olunub. Mükafatın rəsmi təqdimatından sonra Stokholmda  laureatların şərəfinə və qonaqlar üçün  bayram ziyafəti təşkil olunub.  Mərasimdə 1300-1500 qonaq iştirak edib.  Ziyafətdə İsveç kralı, kral  ailəsinin üzvləri, kraliça iştirak ediblər.

2014-cü ilin sülh mükafatının təqdimolunma mərasimi  isə  Osloda keçirilib. Mərasim Norveç Nobel Mükafatları Komitəsinin başçısı Turbyer Yaqlandın çıxışı ilə başlayıb. T.Yaqland 2014-cü ilin sülh mükafatını 17 yaşlı pakistanlı  məktəbli   Malala Yusifzay və hindistanlı uşaq hüquqları müdafiəçisi Kailaş Satyartiniyə təqdim edib. Namizədlərə  Nobel qızıl medalı  və diplomu təqdim  olunub.  8 milyon İsveç kronu (1,07 milyon dollar) həcmində pul iki laureat arasında bölünüb. Mükafatın təqdimat mərasimində Norveç kralı V Xarald və onun xanımı kraliça Sonya, Norveç  hökuməti və parlamentinin üzvləri, əcnəbi qonaqlar, diplomatlar, ictimai təşkilatlar, laureatların ailə üzvləri, dostlar və yaxınları iştirak ediblər. Laureatların şərəfinə  verilən ziyafətdə  dəvət olunmuş 250  yüksəkrütbəli qonaq iştirak edib.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov