Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Məktəblərarası fənn müsabiqələrinin ikinci mərhələsi yekunlaşıb

 

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən məktəblərarası riyaziyyat və təbiət elmləri üzrə fənn müsabiqələrinin ikinci mərhələsi yekunlaşıb.

Şagirdlərin riyaziyyat, fizika, kimya və biologiya fənlərinə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması, məktəblilərin bilik və bacarıqlarının nümayiş etdirilməsi, eləcə də şagirdlər arasında müsbət rəqabətin yaradılması məqsədilə təşkil olunmuş müsabiqələrdə Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil məktəblərindən 501 şagird iştirak edib. Hər bir məktəb VI, VII, VIII və IX siniflər üzrə cəmi 9 şagirddən ibarət komanda ilə təmsil olunub.

Təbiət elmləri üzrə fənn müsabiqələrinin II mərhələsində komanda hesabında Sumqayıt şəhəri humanitar və riyaziyyat təmayüllü "İstedad liseyi", təbiət elmləri təmayüllü gimnaziya, N.Gəncəvi adına texniki-təbiət elmləri liseyi, paytaxtın 287 nömrəli "Zəkalar" və Bakı Avropa liseyləri ən yüksək nəticə göstəriblər.

Riyaziyyat üzrə fənn müsabiqəsinin II mərhələsinin nəticələrinə əsasən, komanda hesabında Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya, Bakıdakı 220 nömrəli məktəb-lisey, 62 nömrəli tam orta məktəb, akademik Zərifə Əliyeva adına lisey və 160 nömrəli klassik gimnaziya ən yüksək nəticə əldə ediblər.

Qeyd edək ki, fənn müsabiqələrinin dekabrın 20-də keçiriləcək III mərhələsində fərdi və komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov