Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Dahi rus şairinin anadan olmasının 200 illik yublileyinə həsr olunmuş müsabiqə

 

Böyütmək üçün seçinDekabrın 16-da Bakıdakı  6 nömrəli  tam orta məktəbdə Təhsil Nazirliyinin müvafiq əmri ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında dahi rus şairi,  dramaturqu və rəssamı Mixail Yuryeviç Lermontovun anadan olmasının 200 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilir. Müsabiqədə məktəblilər 3 nominasiya-bədii qiraət, teatrlaşdırılmış səhnəciklər və rəsm üzrə  iştirak edirlər. Bu nominasiyalar üzrə qaliblərin seçim prosesi müsabiqənin Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş münsiflər heyəti məktəblilərin dahi rus ədibinin yaradıcılığı ilə bağlı biliyini qiymətləndirəcək. Müsabiqə 2 mərhələdə, ümumtəhsil məktəblərinin VII -XI sinif şagirdləri arasında keçirilir. Müsabiqənin məqsədi XIX əsrin dahi rus şairi və dramaturqu olan  Mixail Yuryeviç Lermontovun zəngin həyat və fəaliyyətini gənc nəslə daha yaxından tanıtmaq, onun irsinə maraq oyatmaqdan ibarətdir.  40-a yaxın məktəbdən 150 şagirdin qatıldığı müsabiqədə məktəblilər yüksək fəallıq nümayiş etdirirlər. Müsabiqə dekabrın 19-dək davam edəcək.

Qeyd edək ki, müsabiqəyə   dekabrın 15-də rəsm nominasiyası üzrə 46 nömrəli Məktəbdənkənar Tərbiyə işi Mərkəzində start verilib.  Burada  250-yə yaxın şagirdin 110 ən yaxşı rəsm işi seçilərək Heydər  Əliyev Mərkəzinə təqdim edilib. Eyni zamanda məktəblilərin M.Lermontovun əsərləri əsasında hazırlanmış teatr səhnələrini ifa qabiliyyəti də dəyərləndiriləcək.

Müsabiqənin Respublika mərhələsinin hər nominasiya üzrə I, II və III yerin qalibləri  və  fəal iştirakçıları Təhsil Nazirliyinin diplomu ilə təltif olunacaq. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov