Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

"Media və təhsil dialoqu" mövzusunda praktik konfrans keçirilib

 

Dekabrın 22-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Ali Neft Məktəbində "Media və təhsil dialoqu" mövzusunda praktik konfrans keçirilib.

Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və  media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri,  jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açaraq qonaqları salamlayıb.

"PR texnologiyaları" adlı I paneldə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov "Press relizlərin hazırlanması və yayılması" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda  KİV-lə səmərəli və uğurlu münasibətlərin qurulması, press-relizin məzmunu və strukturu, xəbərlərdə nəyin əks etdirilməsinin vacibliyi, ictimaiyyətlə əlaqələrin qurulması məsələlərinə toxunulub.

Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətov "Universitet saytları: hörümçək torunda haradasınız?" mövzusundakı təqdimatında ali məktəblərin veb resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinqi  iştirakçıların diqqətinə çatdırıb.

"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının vitse-prezidenti Məqsəd Nurun "Televiziyanın təhsil gözlüyü" mövzusundakı təqdimatından sonra ali məktəblərin ən fəal media təmsilçiləri Təhsil Nazirliyinin diplomu ilə təltif edilib.

Sonra təqdimatlarla bağlı geniş müzakirələr aparılıb və çoxsaylı   suallar cavablandırılıb.

Praktik konfrans Bakı Ali Neft Məktəbində davam etdirilib.  II paneldə ilk çıxışı "Sosial media "mediadırmı?"" mövzusundakı təqdimatla Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova edib.

"APA-Holdinq"in prezidenti Vüsalə Mahirqızı isə onlayn medianın üstünlükləri, problemləri və inkişafı barədə danışıb. V.Mahirqızı "Onlayn media: tezbazar, yoxsa...?" adlı təqdimatında onlayn media nümayəndələrindən daha böyük məsuliyyət və peşəkarlıq tələb olunduğunu vurğulayıb.

Sonra Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov 90 illik yubileyi münasibətilə Bakı Ali Neft Məktəbi tərəfindən təbrik edilib.

Təhsil eksperti, professor Şahlar Əsgərov, Almaniyada yaşayan məşhur  azərbaycanlı alim Məsud Əfəndiyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

"Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda  media və təhsil dialoqunun daha da yaxşılaşdırılması  ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov