Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Azərbaycan Dövlət İqtisad Universitetində anlaşma memorandumu imzalanıb

 

 Dekabrın 19-da Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

ADİU-nun rektoru, professor Ədalət Muradov qonağı salamlayaraq universitetin professor-müəllim və tələbə heyətinə Türk Akademiyası haqqında ətraflı məlumat verib.

Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali çıxışında türk dünyasında mütərəqqi fikir ortaya qoyan dahilərin bir çoxunun Azərbaycandan olduğunu bildirib.

Qonaq ADİU-nun professor-müəllim və tələbə heyətinin suallarını cavablandırıb.

Tədbirin sonunda ADİU ilə Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatlar və təhsil layihələrinin mütəmadi keçirilməsi haqqında anlaşma memorandumu imzalanıb. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov