Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Gəncə Dövlət Universitetində qəhrəmanla görüş

 

Böyütmək üçün seçinDekabrın 24-də Gəncə Dövlət Universitetində Qarabağ müharibəsinin döyüşçüsü İbad Hüseynovla universitetin professor-müəllim heyəti və tələbələrinin görüşü keçirilib.

Görüşü giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusubov açaraq müstəqilliyimiz, azadlığımız yolunda, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin ruhunu yad edib, xatirələrinin qəlblərdə daim yaşadığını bildirib. Qarabağ döyüşlərinin qəhrəmanı İbad Hüseynov görüş iştirakçılarına təqdim edilib. Rektor qəhrəman döyüşçü ilə görüşün universitet kollektivi üçün  əlamətdar olduğunu diqqətə çatdırıb, həyat və döyüş yolu əfsanələşmiş, iftixar nümunəsinə çevrilmiş bu insanın gənclik üçün əsl vətənpərvərlik timsalına, simvoluna çevrildiyini vurğulayıb. Rektor Yusif Yusubov İ.Hüseynovun döyüş yolundan söz açıb. Öz igidliyi ilə türk dünyasının da qəhrəmanına çevrilmiş bu döyüşçünün hələ 21 yaşında ikən özündən yaşca və cüssəcə xeyli böyük olan, Ermənistanın "milli qəhrəman, şərəfli igid" adı verdiyi, ASALA terror təşkilatının Qərb başqanı Ave Monte Melkonyanla təkbətək əlbəyaxa döyüşdə qalib gələrək onu öldürdüyünü bildirib. Qeyd edib ki, mənfur erməni öz quldur dəstəsi ilə Qarabağ kəndlərində soyqırımı yaratmış, yüzlərlə həmvətənimizin başını kəsmiş, saysız-hesabsız qəddarlığı ilə məşhur olmuşdur. Belə bir qəddar düşməni məhv edən vətən oğlu ilə təkcə bugünkü yox, gələcək nəsillər də fəxr edəcəklər. Görüşə gəldiyi üçün qəhrəmana təşəkkür edən rektor onu tribunaya dəvət edib.

Təvazökarlıq edərək öz döyüş yolundan, göstərdiyi igidliklərdən söhbət açmayan qəhrəman vətən, xalq üçün, qeyrət uğrunda, qızlarımızın, gəlinlərimizin ismətini qorumaq naminə vuruşduqlarını bildirib.

Tədbirdə çıxış edən "Sən bu yurdun İbadısan" mahnısının müəllifi Tahir Əkbər, "Atilla" jurnalının baş redaktoru Gülşən Mehdiyeva və başqaları öz xarici görünüşü ilə digər insanlardan fərqlənməyən İbadın Mübariz İbrahimov kimi neçə-neçə oğullara qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər.

Görüşün sonunda İbad Hüseynova həsr edilmiş sənədli film nümayiş etdirilib, Tahir Əkbərin "Sən bu yurdun İbadısan" mahnısı səsləndirilib. Qəhrəmana universitet adından hədiyyə təqdim olunub. 

Maqbet ƏHMƏDOV,
Gəncə Dövlət Universiteti Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov