Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

"Azərbaycan müəllimi" qəzeti fəxri diplomla təltif olundu

 

Dekabrın 25-də Bakı Dövlət Universiti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) "Tələbə həyatına verdiyi önəmə və əlaqəli xəbərləri dəqiq və qərəzsiz şəkildə işıqlandırdığına" görə bir qrup media qurumlarını fəxri adla təltif edib.

Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov tələbə həyatını, komitənin fəaliyyətini dəqiq və qərəzsiz işıqlandıran media qurumlarına və onların əməkdaşlarına öz təşəkkürünü bildirib.

Daha sonra o, tədbirdə iştirak edən media qurumlarının əməkdaşlarına fəxri diplomları təqdim edib.

Qeyd edək ki, "Tələbələrin dostu" fəxri adı ilə təltif olunan media qurumları içində "Azərbaycan müəllimi" qəzeti də yer alıb.  

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov