Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Humanist dəyərlərə söykənən müəllim

 

Bəllidir ki, cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsində müəllimin əməyi çox böyükdür. Bu gün Azərbaycan müəllimi həqiqi mənada təhsil işində bir çox uğurlara imza atır. Belə müəllimlərdən biri də öz peşəsinin vurğunu olan, bu peşənin fəlsəfəsini öz şagirdlərinə sevə-sevə öyrədən Yusif Mayılovdur. Yusif müəllim 1974-cü ildən İmişli rayonundakı Namiq Abışov adına Qaralar kənd orta məktəbinin rus dili və ədəbiyyatı müəllimidir. O, öz fənnini elə yüksək ruhla, elə şövq və məhəbbətlə tədris edir ki, şagirdlərdə istər-istəməz bu dilə maraq və həvəs artır. Bunun nəticəsidir ki, bu gün Qaralar kənd məktəbində o, müəllim və şagird kontingentinin sevimlisidir. Y.Mayılov təkcə dərs dediyi məktəbdə deyil, rayonda da nüfuzlu şəxs kimi tanınır. Bu gün demək olar, ona rəğbət bəslənilməsi, ehtiram göstərilməsi uzun illərin müəllim sevgisinin təzahürüdür.

Yusif müəllim fəaliyyətə başladığı gündən müxtəlif təltiflərə layiq görülüb. İllər öncə Baş müəllim adını alıb. Söhbət əsnasında vurğulayır ki, ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən təhsilin inkişafına da əsaslı təkan verib.

Yusif müəllim deyir:

-Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın təhsil sistemində aparılan uğurlu islahatların, təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik.

Bəli, Yusif müəllim təkcə dəyərli bir pedaqoq deyil, həm də gözəl ailə başçısıdır. Üç övlad, dörd nəvəsi və ətrafı ilə həyatın xoşbəxt çağlarını yaşayan bu hörmətli müəllim ailə-cəmiyyət meyarlarını həmişə üstün tutur.

Təbii ki, hər hansı insan tarixin - zamanın bir vaxtında dünyaya gəlir. Yusif müəllim də məhz hər ilin 1 yanvar tarixində dünyaya gəlişini doğmaları ilə birlikdə qeyd edir. 2015-ci ilin 1 yanvar tarixi də onun üçün kövrək anlar yaşadacaq bir gündür. 67 yaşlı pedaqoqumuzu - dəyərli müəllim, qabaqcıl insan Yusif müəllimi özümün və ailəmin adından ürəkdən təbrik edir, ona bundan sonra da möhkəm cansağlığı, pedaqoji fəaliyyətində uğurlar arzulayıram. 

Gündüz ƏLƏKBƏROĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov