Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

ADMİU-nun tələbəsi beynəlxalq festivalda  birinci yerin qalibi olub

 

Natəvan Dinikayeva 1994-cü ildə  Bakıda anadan olub. 2003-cü ildə F.Əmirov adına musiqi məktəbində Y.Xəlilulinanın sinfində fortepiano  təhsili alıb. 2010-cu ildə əla qiymətlərlə musiqi məktəbini bitirib və həmin il A.Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2014-cü  ildə kolleci bitirib,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub.

ADMİU-nun  musiqi sənəti  fakültəsinin I kurs tələbəsi  Natəvan Dinikayeva "RENAISSANCE FESTIVALS" yaradıcılıq mərkəzinin təşkil etdiyi "Christmas Lights" ("Milad işıqları") adlanan XIV Beynəlxalq festival çərçivəsində keçirilən müsabiqədə "İnstrumental musiqi"  nominasiyası üzrə qalib olub. Macarıstan, Ukrayna, İsrail, Çin, Belarus, Rusiya və başqa ölkələrin nümayəndələrinin iştirak etdiyi müsabiqə Macarıstanın Balatonfüred şəhərində baş tutub. İfaçının çıxışı münsiflər heyəti tərəfindən ifaçılıq texnikası, repertuar seçimi və artistizm meyarları üzrə dəyərləndirilib.

Qeyd edək ki, N.Dinikayeva ADMİU-nun musiqi sənəti fakültəsinin instrumental ifaçılıq və dirijorluq kafedrasının baş müəllimi, sənətşünaslıq  üzrə fəlsəfə doktoru, pianoçu Səbinə Mehdiyevanın sinfində təhsil alır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov