Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Arzusu təhsilini İngiltərədə davam etdirməkdir

 

Elman Süleymanov 1992-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Milli Konservatoriyanın tərkibində İncəsənət  Gimnaziyasında alıb. Sonra Fiziki imkanları məhdud uşaqlar üçün 5 nömrəli internat məktəbini əla qiymətlərlə bitirib. Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə Aliyə Zeynalovanın sinfində təhsil alıb. Türkiyədə keçirilən musiqi  festivallarında və müsabiqələrdə  dəfələrlə iştirak  edərək  qalib adını qazanıb.

E.Süleymanov  2011-ci ildə Qərb Universitetinin politologiya fakültəsinə qəbul olub. Ali məktəbdə təhsilini davam etdirməklə bərabər Azərbaycan Gözdən Əlillər Cəmiyyətində beynəlxalq əlaqələr departamentinə rəhbərlik edir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin  həyata keçirdiyi bir neçə layihələrə rəhbərlik edir.  Bir çox layihələrdə  təlimçi kimi fəallıq nümayiş etdirib. Öz istedadı, bilik və bacarığı ilə seçilən Elman Süleymanov müxtəlif ölkələrdə baş tutan konfranslarda iştirak edib. Həmişə əzmlə çalışır, bilir ki, yalnız gərgin əmək sayəsində əlçatmaz  arzular gerçəkləşə bilər.

Arzusu magistr təhsilini İngiltərədə davam etdirməkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov