Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Mahir tar ifaçısı Azərbaycan Milli Konservatoriyasında oxumaq arzusundadır

 

Məhəmməd Xanlarov 1996-cı ildə  Bakıda müəllim  ailəsində   anadan  olub. Paytaxtdakı 126 nömrəli tam orta məktəbi bitirib. Uşaqlıqdan   musiqiyə,  xüsusilə tar  alətinə  böyük  həvəsi olub. Valideynləri musiqiyə  yüksək  dəyər  verdiyinə  görə  ona dəstək  olublar.  2005-ci ildə  L. və M.Rostropoviçlər  adına  21  nömrəli  onbirillik   musiqi  məktəbinə  Zamin Rzayevin  sinfinə  qəbul  olub. Zamin  müəllim  bu  sənətin  sirlərini ona  dərindən  öyrətməyə  çalışıb. Musiqi  məktəbində  oxuyarkən  bir  çox  tədbir  və  konsertlərdə  iştirak  edib. O, 2010-cu ildə  II  Respublika  müsabiqəsinin  laureatı adını qazanıb. Musiqi  məktəbini  əla qiymətlərlə  bitirib. 2011-ci ildə  Azərbaycan  Milli  Konservatoriyası  tərkibində  Musiqi  Kollecinin  xalq  çalğı  alətləri ixtisası üzrə  tar  sinfinə  daxil  olub. Burada  ona  ixtisas  fənnindən  Samir  Şahbəddinov  və  muğam  fənnindən  Sabir Ələkbərov  dərs  deyib.

Məhəmməd  Musiqi Kollecinin  ictimai  həyatında  fəal  iştirakına görə    rəhbərlik  tərəfindən  bir  neçə  dəfə  fəxri  fərmanla mükafatlandırılıb. 2011-ci ildə  Milli  musiqi  alətləri  ifaçılarının  respublika  festivalında  III  dərəcəli, 2014-cü ildə  III  Respublika  müsabiqəsində  I  dərəcəli  diplomla  təltif olunub.

III  Respublika  müsabiqəsindəki  çıxışı ona  uğur  gətirib. Xalq  artisti,  professor   Ramiz  Quliyev   ifasını  çox  bəyənib  və  onu  Azərbaycan  Radio  və  Televiziya  Verilişləri  QSC  tərkibində  olan  Əhsən  Dadaşov  adına  "Xatirə" ansamblına  apararaq  bədii  rəhbər,  xalq  artisti  Adil  Bağırova  təqdim  edib. Adil Bağırov  onun ifaçılıq məharətini yüksək dəyərləndirib və   ansambla  tar  ifaçısı  qəbul  edib.

Hazırda  Azərbaycan  Milli  Konservatoriyası  tərkibində  Musiqi  Kollecinin  IV  kurs  tələbəsi olan Məhəmməd  kolleci bitirdikdən  sonra  Azərbaycan  Milli  Konservatoriyasına  daxil  olmaq arzusu  ilə yaşayır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov