Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fənləri üzrə "açıq dərs"lər

 

Dekabrın 19-da Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fənləri üzrə "açıq dərs"lər keçirilib.

"Açıq dərs"lərdə Təhsil Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Təhsil Problemləri İnstitutunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin, Daxili Qoşunların N saylı hərbi hissəsinin, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" ictimai birliyinin nümayəndələri, məktəb direktorları, hərbi hazırlıq rəhbərləri, fiziki tərbiyə müəllimləri iştirak ediblər.

Qeyd edək ki, son illər Sumqayıtda məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müntəzəm xarakter alıb. Bu baxımdan "Məktəblilərin hərbi keçidi", "Şahin" hərbi-idman oyunlarının keçirilməsi, Heydər Əliyev Mərkəzinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Respublika Hərbi Prokurorluğu yanında Soyqırımı Muzeyinə və digər yerlərə ekskursiyalar xüsusi yer tutur.

Sumqayıtda yeni tədris ili ərəfəsində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi keyfiyyətini yaxşılaşdırmaq məqsədilə xüsusi komissiya tərəfindən bütün məktəblərdə hərbi kabinetlərə baxış keçirilib və kabinetlərin tərtibatı, tədris-maddi bazası daha da yaxşılaşdırılıb. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov