Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Görkəmli rus şairinin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə

 

Böyütmək üçün seçinBakıdakı E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə görkəmli rus şair və mütəfəkkiri Mixail Lermontovun yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Ədəbi-bədii gecənin təşkilatçısı, məktəbin rus dili və ədəbiyyat müəllimi Dilarə İsayeva tədbiri  açaraq M.Lermontov yaradıcılığının həm Qərbdə, həm də Şərqdə sevildiyini, əsərlərinin çoxunu Qafqazda sürgündə olarkən yazdığını, Qafqaz dağlarının, meşələrinin və çaylarının əsrarəngizliyi onu bir rəssam və şair kimi çox ruhlandırdığını bildirib. "Mtsıri" və "Demon" poemalarındakı Azərbaycan təəssüratları və Lermontov yaradıcılığının zirvəsi hesab edilən "Zəmanəmizin qəhrəmanı" romanı, xüsusilə son povesti "Fatalist"də "Aşıq Qərib" dastanı motivlərinin nəzərə çarpması Azərbaycan mövzusunun rus şairinin yaradıcılığı üçün nə qədər önəmli olduğunu bir daha təsdiq edib.

Sonra söz şagirdlərə verilib. Fidan, Günel, Vadim, Güllü, Səid, İlahə, Diana M.Lermontovun şeirlərini, haqqında deyilmiş fikirləri söyləyib.

Tədbirin sonunda məktəbin direktoru Kəmalə Qədirova M.Lermontov yaradıcılığının Qafqaz xalqlarının ədəbiyyatlarına güclü təsirindən, onun ədəbi irsindən başqa bioqrafiyasından unudulmaz faktların da Azərbaycanla sıx bağlılığını, M.Y.Lermontovun dəfələrlə Qafqazda və Azərbaycanda olduğunu bildirib.

Sonda şagirdlərin çıxışlarında Lermontovun təkcə öz dövrünün deyil, bütün dövrlərin şairi olduğu bildirilib. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov