Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Bakı Humanitar Kollecində bayram tədbiri

 

Böyütmək üçün seçin Dekabrın 24-də Bakı Humanitar Kollecində mədəni-maarif və musiqi şöbəsinin yarımillik hesabatına və  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə   həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə kollecin direktoru İlqar Mahmudov  çıxış edərək ilk növbədə  ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin zəruriliyini nəzərə alaraq elan etdiyi və dövlət bayramı kimi qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni - 2015-ci  ilin gəlişi münasibətilə tədbir iştirakçılarını təbrik edib.  Bildirib ki, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından sonra ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşib, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu Prezident cənab İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində  müasir dövrün tələblərinə uyğun olaraq yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak edir, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini daha da gücləndirirlər.

Tədbirdə söz alan mədəni-maarif və musiqi şöbəsinin müdiri Rasim Mehdiyev vurğulayıb ki, 31 dekabr Azərbaycan xalqının müstəqillik əldə etdiyi vaxtdan bütün dünyada yaşayan soydaşlarımıza bəxş etdiyi və ümummilli əhəmiyyət kəsb edən bir gündür.

Kollecin tələbələri böyük dövlət xadimi Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının bu gün dünyanın müxtəlif nöqtələrində yaşayan həmvətənlərimiz üçün milli birliyimizin və həmrəyliyimizin formulu kimi qəbul olunmasından danışıblar. Qeyd olunub ki, bu formul müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının milli özünüdərkinə stimul verən mühüm faktorlardan biridir. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın sabahı böyük zəhmət hesabına əldə olunmuş bu böyük tarixi nailiyyətin qorunub saxlanılmasından asılıdır.

Mədəni-maarif və musiqi şöbəsinin tələbələri ixtisasları üzrə xalq və bəstəkar mahnılarını ifa ediblər.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov