Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Azərbaycan Dillər Universitetində yubiley tədbiri

 

Dekabrın 19-da Azərbaycan Dillər Universitetində şair, nasir, dramaturq, publisist Nəbi Xəzrinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında 25 iyun 2014-cü il tarixli sərəncamına əsasən keçirilən  tədbir universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə baş tutdu.

Tədbirdə kafedranın müdiri, professor Fəridə Səfiyeva N.Xəzri poeziyasının həmişəyaşar olduğunu söyləyərək qonaqları tədbirdə bu poeziyanın möhtəşəmliyini hiss etməyə dəvət edib.

Filologiya və jurnalistika fakültəsinin tələbələri şairin ömür yolundan, yaradıcılığından, qələmə aldığı təkrarolunmaz sənət nümunələrindən söz açıblar. Şairin şeirlərindən nümunələr söylənilib.

Tələbələrin ifasında N.Xəzrinin "Torpağa sancılan qılınc" əsəri əsasında səhnələşdirilmiş tamaşadan səhnəciklər göstərilib. Şeirləri dillər əzbəri olan N.Xəzrinin sözlərinə bəstələnmiş nəğmələr səsləndirilib, rəqslər təqdim olunub.

Sonda Müslüm Maqomayevin N.Xəzrinin sözlərinə yazdığı "Azərbaycan" mahnısı səsləndirilib.

Tədbirdə Nəbi Xəzrinin övladları iştirak ediblər. 

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov