Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Qərb Universitetində elmi konfrans

 

Dekabrın 25-də Qərb Universitetində görkəmli alim Xudu Məmmədovun xatirəsinə həsr olunmuş "İncəsənət  və  elm məqsədlərin vahidliyi və onlarda dünyanın müxtəlifliyinin ifadəsi"  mövzusunda Respublika elmi konfransı keçirildi. Konfransı giriş sözü ilə açan universitetin dizayn kafedrasının müdiri  Pərvin Əliyeva tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verdi.  Sonra professor Səyavuş Dadaşov "Dizayn sənətində simmetriyanın pozulması" adlı elmi araşdırması barədə çıxış etdi.  Daha sonra  AMEA Fizika İnstitutunun İnnovasiya bölməsinin aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru İmaməddin Əmiraslanov kristalloqrafiya elmi və türk xalq sənətinin bu elmlə əlaqələrindən danışdı.

Digər çıxış edənlər - professor Təranə Bəkirova, xalça üzrə mütəxəssis Ulduz Zeynalova və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məhəmmədhüseyn Məmmədov bu elmə dair maraqlı faktlardan söz açdılar, eləcə də bu elmin inkişafında azərbaycanlı alim-kristalloqraf Xudu Məmmədovun fəaliyyətini yüksək dəyərləndirdilər.

Bünyamin BÜNYATZADƏ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov