Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Məktəbdə ədəbi-bədii gecə

 

Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbdə xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyi ilə əlaqədar ədəbi-bədii gecə keçirilib. Tədbirdə Nəbi Xəzri yaradıcılığı, ədəbiyyatımıza bəxş etdiyi zəngin irsi barədə geniş məlumat verilib.

Tədbiri məktəbin kitabxanaçısı S.Əliyeva açıb.

Ədəbi-bədii gecədə Nəbi Xəzrinin kitablarından ibarət sərgi təşkil edilib. Şairin şeirlərini və şözlərinə bəstələnmiş mahnıları ifa edən şagirdlər öz istedadları ilə tədbirə xüsusi rəng qatıblar. Təqdim olunan  videoçarxlar tədbir iştirakçılarının  marağına səbəb olub.

Sonda  məktəbin direktoru N.Süleymanov çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib. 

Banu ABBASOVA,
Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin kitabxanaçısı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov