Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

QHT nümayəndələri ADU-da imtahanları izlədilər

 

Böyütmək üçün seçin Yanvarın 8-də Azərbaycan Dillər Universitetində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, universitetdə yaradılan Operativ Qərargahın üzvləri və valideynlərin iştirakı ilə imtahanların gedişi izlənildi. Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin I və III kurslarında, eyni zamanda pedaqoji fakültənin (ingilis dili və alman dili) II  kursunda keçirilən imtahanların izlənilməsi zamanı  ADU-nun  tədris işləri üzrə prorektoru Vazeh Əsgərov imtahanların obyektiv, düzgün və şəffaf keçirildiyini deyərək bu prosesin izlənilməsində universitetin ictimai təşkilatlar üçün açıq olduğunu bildirdi. 

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev  şəbəkənin fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verdi. O, hər il universitetin rektoru, professor Səməd Seyidovun dəvəti ilə universitetə gəldiklərini və imtahanları izlədiklərini bildirdi.  İmtahan prosesində qayda pozuntusu yarandığı halda  onlara müraciət etməyin zəruriliyi önə çəkildi.

 İmtahan sualları ilə maraqlanan Ə.Nuriyev aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğuladı.

Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini, heç bir qayda pozuntularının olmadığını və lazımi şərait yaradıldığını bildirdilər.

İmtahanların gedişi izləndikdən sonra QHT nümayəndələri pedaqoji (ingilis dili və alman dili) və regionşünaslıq və beynəlxalq münasibətlər fakültələrində  imtahan yazı yoxlama otaqlarına baxış keçirdilər. 

İctimaiyyətlə Əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov