Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Sumqayıt Dövlət Universitetinin uğurları davam edir

 

Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri" mövzusunda XIII Beynəlxalq tələbə elmi-praktik konfransı keçirilmişdir.

Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və dilçilik kafedrasının müəllimi Günel Paşayevanın elmi rəhbərliyi ilə filologiya fakültəsinin II kurs tələbələri Namiq  Paşayev və  Qoşqar Əmrahov konfransda iştirak etmək məqsədilə məqalə hazırlamış və Bakı Slavyan Universitetinə təqdim etmişlər. Hər iki məqalə elmi heyət tərəfindən bəyənilmiş və qəbul olunmuşdur.

Konfransın gedişində müxtəlif universitetlərin tələbə və magistrantlarının iştirakı ilə elmi diskussiyalar, seminarlar, çıxış etdikləri aktual mövzular ətrafında müzakirələr və  fikir mübadilələri aparılmışdır. Bölmələr üzrə məruzələr dinlənilmiş, fərqlənən tələbələrə konfransın sonunda rektor tərəfindən diplomlar təqdim edilmişdir.

SDU-nun tələbəsi Namiq Paşayev də Sumqayıt Dövlət Universitetinin adını layiqincə təmsil edərək konfransda iştirak edən 297 nəfər tələbə içərisindən fərqlənən 20 tələbə siyahısına düşmüş və diplomla təltif edilmişdir.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov