Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən
məktəblilərin Respublika fənn olimpiadalarının rayon
(şəhər) mərhələsi başa çatıb. Bu mərhələnin nəticələri
15 gün ərzində elan olunacaq.
Olimpiadalarda Bakı şəhəri üzrə 3473, bölgələrdən 20600
nəfər şagird iştirak edib. IX, X və XI sinif şagirdləri
Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya,
riyaziyyat, fizika, kimya, biologiya və informatika
fənləri üzrə öz biliklərini nümayiş etdiriblər.
Tapşırıqlar münsiflər heyəti tərəfindən məktəb
proqramına uyğun qapalı test sualları formasında tərtib
olunub. Rayon (şəhər) mərhələsində Azərbaycan dili,
ədəbiyyat və riyaziyyat fənləri üzrə bilik yarışına
maraq göstərən şagirdlər daha çox olub. İnformatika və
biologiya fənləri üzrə olimpiadalarda isə nisbətən az
şagird iştirak edib.
Bu mərhələdə uğur qazanan şagirdlər Respublika
mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. |