Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Adını əməli ilə doğruldan insan

 

Müəllim əbədiyyətə hökm edən insandır. Təsirlərinin harda bitdiyi heç vaxt bilinməz. Öz bilik və bacarağını səxavətlə şagirdlərinə xərcləyən insandır əsl müəllim. Ömrünün 55 ilinin yarıdan çoxunu sağlam gələcəyin yetişdirilməsi, Vətənə, millətə xeyirli övladların tərbiyə edilməsinə həsr etmiş Səxavət Tarverdiyev də uzun illərin gərgin əməyi və mütaliəsi sayəsində əldə etdiyi bilik və bacarıqları bugün də səxavətlə öz şagirdlərinə aşılamaqdadır.

Səxavət müəllim 1960-cı ildə Azərbaycanın qədim yurdu olan Zəngəzur mahalının Pürülü kəndində dünyaya göz açıb. Kənd məktəbindəki təhsilini uğurla tamamlayaraq 1978-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Atası tanınmış pedaqoq, ədəbiyyatşünas alim Süleyman Tarverdiyevin yolunu davam etdirmək və ömrünü gələcək nəslin təlim-tərbiyəsinə, Vətənə xeyirli vətəndaş kimi yetişdirilməsinə həsr etmək kimi müqəddəs bir missiyanı yerinə yetirməyi özünə hədəf seçir. 1983-cü ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Uzun müddət Qafan şəhərinin inzibati idarə sistemində çalışan S.Tarverdiyev, bununla yanaşı Pürülü kənd məktəbində müəllim kimi fəaliyyətini davam etdirir. Şagirdlərə Azərbaycan dili və ədəbiyyatının incəliklərini öyrədən Səxavət müəllim hazırda Bakı şəhəri Natiq Tağıyev adına 212 nömrəlı orta məktəbdə fəaliyyət göstərir.

Əlbəttə, bu şərəfli peşənin müqəddəsliyini dərk etmək və bu amalla yaşamaq da hər müəllimə nəsib olmur. Bunun üçün böyük iradə, əzmkarlıq, özünə qarşı tələbkarlıq, qabiliyyət və bacarıq tələb olunur. Məhz belə keyfiyyətlərə malik müəllimlərin sayəsində təhsilimiz inkişaf edir və gələcəyimiz üçün gərəkli olan əsl vətənpərvərlər yetişir. 55 yaşını qeyd edən Səxavət müəllimə bu şərəfli, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli fəaliyyətində uğurlar və cansağlığı, uzun ömür arzu edirik. 

R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov