Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

20 Yanvar ümumxalq hüzn günü ilə bağlı tədbir keçirilib

 

Yanvarın 19-da Təhsil Nazirliyində 20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin mərkəzi aparatının işçiləri və tarixçi ekspertlər iştirak edib.

Əvvəlcə 1990-cı il yanvarın 20-də qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təhsil nazirinin müavini Firudin Qurbanov 25 il öncə Bakı şəhərində və ölkəmizin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğınlar barədə məlumat verib, qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş hadisələr barədə həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdır. Həmin zaman ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.

Böyütmək üçün seçinTədbirdə daha sonra çıxış edənlər həmin faciəni doğuran səbəblər barədə danışıblar.

Sonda 20 Yanvar faciəsi ilə əlaqədar qısametrajlı film nümayiş olunub. 

 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov