Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Şəhidlik mövzusu və müasirlik

 

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 20 Yanvar hadisələrinə və şəhidlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq xalqımızın müstəqillik mücadiləsi ilə bağlı danışıb. Akademik İsa Həbibbəyli 20 Yanvar gününün xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edərək 25 il əvvəl baş vermiş hadisələri tarixi gerçəklik və zaman nöqteyi-nəzərindən ətraflı şərh edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu hadisələrə verdiyi siyasi qiymətin böyük əhəmiyyətini vurğulayan akademik Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daima uca tutulduğunu, bu istiqamətdə ardıcıl olaraq dövlət səviyyəsində tədbirlərin həyata keçirildiyini xüsusi qeyd edib.  Xalqımızın müstəqillik və azadlıq mübarizəsinin ədəbiyyatda və sənətdə də daimi mövzu olduğunu xatırladan institut rəhbəri göstərilən istiqamət üzrə bundan sonra da müstəqillik işığında yeni əsərlərin yaradılmasının vacibliyini bildirib.

Tədbirdə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun "Ədəbiyyatda şəhidlik mövzusu və müasirlik" mövzusunda məruzəsi dinlənilib. Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli və başqaları çıxış edərək 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi kimi səciyyələndirib, ədəbiyyatda milli azadlıq, şəhidlik mövzusu və müasirlik məsələləri ətrafında fikir və mülahizələrini bildiriblər. 

Ağahüseyn ŞÜKÜROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov