Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində anım tədbiri

 

Böyütmək üçün seçinYanvarın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professor-müəllim heyəti və tələbələri  Şəhidlər xiyabanını ziyarət ediblər, Şəhidlər kompleksindəki "Əbədi məşəl" abidəsi önünə və şəhid məzarlarına gül dəstələri qoyublar.

Sonra ADMİU-da  20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin  professor-müəllim heyəti, tələbələr və ADMİU-nun məzunu, 20 Yanvar günü şəhid olmuş Ələkbərov Azər Nəsib oğlunun ailə üzvləri iştirak ediblər.

Tədbiri rektor, professor Fərəh Əliyeva açaraq tariximizin qanlı və şanlı  səhifəsi olan 20 Yanvar günündən, bu günün Azərbaycan tarixindəki önəmindən danışıb, şəhid olan  universitetimizin məzunlarına guşə yaradılması, sənədli filmin çəkilməsi üzərində iş aparıldığını qeyd edib.

Professor Nizaməddin Şəmsizadə, professor Aqşin Babayev,  dosent Xaləddin Sofiyev, dosent, əməkdar artist Ağalar Bayramov  və universitetin əməkdaşı Qabil Qocayev çıxış edərək Qanlı Yanvar faciəsindən, şəhid Azər Ələkbərov haqqında xatirələrdən söhbət açıblar. Tədbirdə həmçinin Azər Ələkbərovun tanınmış xalq rəssamı Mikayıl Abdullayev tərəfindən çəkilmiş  portreti və şəhidə  həsr olunan fotoslayd nümayiş olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov