Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Ağsulu yeniyetmələrlə görüş keçirilib

 

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi ağsulu yeniyetmələrlə görüş keçirib.

Ağsu Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda  bildirilir ki, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarının təbliği və təşviqatı çərçivəsində yanvarın 15-də Ağsuda IX-XI sinif şagirdləri ilə görüş keçirib.

Tədbirdə əməliyyat komitəsinin əməkdaşı Lalə Eyvazova yeniyetmələri ilk Avropa Oyunları, onun Bakıda keçirilməsinin səbəbləri, oyunlara hazırlıq işləri barədə ətraflı məlumatlandırıb.

Canlı dialoq, sual-cavab şəklində keçirilən görüşdə ağsulu yeniyetmələr "Bakı-2015" ilk Avropa Oyunlarını səbirsizliklə gözlədiklərini nümayiş etdiriblər.

Sonda məktəblilərə ilk Avropa Oyunlarının rəmzi kimi baş örtüyü və çanta hədiyyə edilib. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov