Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

İstehsalat təlimi ustaları ixtisasartırma kurslarından keçirlər

 

Balakən 2 nömrəli peşə məktəbinin direktoru A.Dibirovun redaksiyamıza  göndərdiyi  məlumatda  deyilir ki,   peşə məktəbi  fəaliyyəti dövründə  geniş profilli traktorçu maşinist, təmirçi-çilingər, tikiş avadanlığının operatoru, tikişçi,  elektrik qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru,  tərəvəz ustası, bənna və digər peşələr  üzrə  ixtisaslı kadrların  hazırlanması  ilə məşğul olur. 

Hazırda  kadrların hazırlanması üçün məktəbin kifayət qədər  maddi-texniki bazası  var. 9 fənn kabineti, 3 emalatxana, 2 laboratoriya, kompüter otağı,  kitabxana, kənd təsərrüfatı texnikası  və avadanlıqları şagirdlərin ixtiyarındadır. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün  planda nəzərdə tutulmuş "açıq dərs"lər, dərsdinləmələri müntəzəm  aparılır, gənc   müəllim və istehsalat   təlimi  ustalarına metodiki köməkliklər  göstərilir.  İllik iş planında  nəzərdə tutulmuş məsələlər  Pedaqoji Şura iclaslarında müzakirə, müvafiq qərarlar qəbul edilir.  Maddi-texniki bazanın gücləndirilməsi məqsədilə   Təhsil Nazirliyi  tərəfindən  məktəbə  yeni avadanlıqlar: interaktiv qurğu, kompüter, tikiş   maşını,   qaynaq aparatı və kənd   təsərrüfatı avadanlıqları və aqreqatları göndərilib. Müəllim və istehsalat təlimi  ustalarının müasir  tədris  texnologiyalarına  uyğun  peşəkarlığının  və elmi-pedaqoji səviyyəsinin artırılması, təhsilalanların fasiləsiz texniki peşə təhsili almasını, daim yeniləşən müasir texnologiyalara  uyğun biliklərə yiyələnməsini təmin etmək məqsədilə məktəbin   istehsalat təlimi ustaları   ixtisasartırma kurslarından keçirlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov