Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

"Kiçik Akademiya"nın illik hesabatı

 

Ucar şəhər 4 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Əsgərova redaksiyamıza  göndərdiyi məktubda  bildirir ki,  məktəbimizin "Kiçik Akademiya"sının illik hesabatı keçirilib.

Qeyd olunub ki,"Kiçik Akademiya"nın üzvləri   respublika səviyyəsində müxtəlif sahələr üzrə keçirilən tədbirlərdə   fəal iştirak edirlər. 2012-2013-cü dərs ilində məktəbimizin şagirdlərindən  "Kiçik Akademiya"nın üzvü  İmran Hacılı Respublika fənn olimpiadasının  finalında riyaziyyat fənnindən IV həvəsləndirici yeri tutub. Bundan əlavə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İstedadların hazırlığı laboratoriyası" çərçivəsində olimpiada keçirilib.

Bu olimpiadada da "Kiçik Akademiya"nın 2 üzvü iştirak edib və hər ikisi II yeri tutub. Hazırda "Kiçik Akademiya"nın üzvləri müxtəlif elmi işlər və layihələr üzərində işləyirlər. Onlara  müxtəlif fənn olimpiadalarına hazırlıq məqsədi ilə əlavə məşğələlər keçirilir. Məktəbdə  "Kiçik Akademiya" çərçivəsində müxtəlif fənlər üzrə "istedad bankı" yaradılıb. Bu sahədə işlər davam edir.  

Hazırda "Kiçik Akademiya"nın 6 nəfər ən fəal üzvünün müxtəlif mövzularda tədqiqat işi məktəb yoldaşları, digər şəhər məktəblərinin rəhbərləri və "Kiçik Akademiya"ların prezidentləri qarşısında təqdim edilib. Nəticədə akademiyanın üzvü İmran Hacılı  "Sabahın alimləri" IV Respublika müsabiqəsinə qeydiyyatdan keçib və "Yüksək dərəcəli bərabərsizliklərin intervallar üsulu ilə həlli daxilində "çətir üsulu" tədqiqat işi ilə müsabiqədə iştirak edəcək. İnanırıq ki, o,  bu müsabiqədə də müvəffəqiyyət qazanacaq. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov