Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Beş tələbə "Azercell"in aylıq təqaüdünü alacaq

 

 "Azercell Telekom"un reallaşdırdığı "Bölgə" tələbə proqramının qalibləri artıq müəyyən olunub.

Şirkətdən AzərTAc-a bildirilib ki, proqramın mərhələli seçimləri nəticəsində "Azercell"in təqaüdçüsü adını qazanan beş tələbə ali təhsillərinin sonunadək şirkət tərəfindən 200 manat məbləğində aylıq təqaüd alacaq. Bundan əlavə, tələbələr telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək imkanını əldə edəcəklər. Proqramın qalibləri sırasında Lənkəran Dövlət Universitetinin, Mingəçevir Politexnik İnstitutunun və Naxçıvan Dövlət Universitetinin tələbələri yer alıb.

Tələbə proqramı 2008-ci ildən hər tədris ilində təqdim olunur. Naxçıvan və Lənkəran Dövlət universitetlərində və Mingəçevir Politexnik İnstitutunda təhsil alan tələbələrə "Bölgə" tələbə proqramına qatılmaq imkanı yaradılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov