Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Yeniyetmələr arasında açıq birincilik başa çatıb

 

15-16 yaşlı yeniyetmələr arasında keçirilən boks üzrə "Təhsil" Respublika İdman Mərkəzinin açıq respublika birinciliyi başa çatıb. Yarışın keçirilməsində məqsəd bu yaş qrupunda "Təhsil" RİM-in yığma komandasını müəyyənləşdirməkdən ibarətdir.  Tədbirin açılış mərasimində "Təhsil" RİM-in direktoru Natiq Lahıcov bildirib ki, belə yarışlar boksun təbliği və inkişaf etdirilməsinə, eyni zamanda yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.

Birincilikdə Təhsil Nazirliyinin tabeliyində olan 20  idman məktəbinin ümumilikdə 140 idmançısı mübarizə aparıb.  Gərgin keçən görüşlərin nəticələrinə əsasən, komanda hesabında I yerə "Təhsil" RİM-in 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin, III yerə  isə  Ağdaş Rayon Uşaq-Gənclər İdman Məktəbinin komandaları  layiq görülüb.

Müxtəlif çəki dərəcələrində və komanda hesabında yer qazanan qaliblərə medal, diplom və kuboklar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov