Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Naxçıvan Dövlət Universitetində elmi konfrans

 

Naxçıvan Dövlət Universitetində 2 fevral Gənclər gününə həsr olunmuş "Heydər Əliyev və müasir gənclik" mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurlu davamından, dövlətin əsas sütununu təşkil edən gənclərə hərtərəfli dövlət qayğısından danışıb. Saleh Məhərrəmov universitet tələbələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan söhbət açaraq gəncləri bayram münasibətilə təbrik edib, onlara elm və təhsildə, müstəqil dövlətimizin inkişafı istiqamətindəki gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda Universitet Gənclər Təşkilatının sədri Arzu Abdullayev "Heydər Əliyev və müasir gənclik", Tələbə YAP Gənclər Birliyinin sədr müavini, magistr Elgün Tağıyev "Gənclik Yeni Azərbaycan Partiyası sıralarında", Tələbə Elmi Cəmiyyətinin sədri, sosial idarəetmə və hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Ramazan Abdullayev "Universitet gəncliyi və elmi mühit", Tələbə İdman Şurasının sədri, pedaqoji fakültənin III kurs tələbəsi Nicat Allahverdiyev "Universitet idmanı inkişaf yolunda" mövzularında məruzələr ediblər.

Sonda 2 fevral Gənclər gününə həsr olunmuş slayd nümayiş olunub. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov